Sinə Ağrısı

Sinə ağrıları, ilk növbədə ürək xəstəliklərini düşündürdüyü üçün xəstələrin ən çox qorxduğu ağrılar arasındadır.

Ancaq sinə ağrılarının ürəkdən başqa çox müxtəlif səbəbləri vardır. Hətta statistikaya görə, sinə ağrılarının yalnız %10-u ürək mənbəlidir.

Sinə ağrıları nədən olur?

Sinə ağrılarının ən yaygın səbəbi romatizmal xəstəliklərdir. Bununla yanaşı, nəqliyyat qəzaları kimi hallarda baş verən travma və zədələr də sinə ağrısına səbəb ola bilər. Şiddətli zədələr sinə əzələlərinə ziyan vura bilər, qabırğalarda çatlaqlar və sınıqlar meydana gələ bilər və bunların nəticəsi olaraq sinə ağrıları ortaya çıxa bilər. Omurğa xəstəlikləri də sinə ağrısına səbəb ola bilər. Sinə ağrıları ürək krizi də bir əlamətidir. İskemik ürək xəstəliyi, ağciyərdə damar içi qan laxtası, aort yırtılması, ürək qişasının iltihabı sinə ağrılarına yol aça bilər. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, sinə ağrılarının %90-ı ürək xarici səbəblərə bağlıdır. Ağciyər və diafraqma iltihabı, qarındakı kütlələr, yemək borusu xəstəlikləri, qarındakı qazın təzyiqi, qadınlarda sinə xəstəlikləri də sinə ağrılarına səbəb ola bilər.

Sinə ağrısının əlamətləri nələrdir?

Sinə ağrısını meydana gətirən və tetikleyen bir çox fərqli amil vardır. Ürək problemləri ilə əlaqəli sinə ağrısının əlamətləri aşağıdakılardır:

    • Göğüsdə yanma, təzyiq, gərginlik

    • Çənə, boyun, çiyin, arxa və qol bölgələrinə yayılan yandırıcı ağrı

    • Hərəkətlə şiddəti artan, intensivliyi dəyişən ağrı

Ürək ilə əlaqəli olmayan sinə ağrısının əlamətləri isə aşağıdakı kimi sıralana bilər:

    • Yeməkdən sonra meydana gələn ağrı

    • Bədənin mövqeyinə görə şiddəti dəyişən ağrı

    • Dərin nəfəs alarkən ağrı

    • Öksürmə ilə artan ağrı

Sinə ağrısının tanı və təyini

Sinə ağrılarının tanı və təyini zamanı həkimlər xəstənin tibbi tarixçəsi və ağrı ilə bağlı verdiyi məlumatlardan istifadə edirlər. Həmçinin, həkimlər tanı mərhələsində görüntüləmə metodlarından da faydalanır.

Sinə ağrıları necə müalicə edilir?

Sinə ağrıları, ağrının səbəbinə bağlı olaraq fərqli metodlarla müalicə edilir:

    • İlaçlar

    • Fiziki terapiya

    • Sinir blokajları

    • Uyğun omurilik arxa kök blokajı və radyofrekans müalicəsi

    • Sempatik gangliyon blokajı və radyofrekans müalicəsi

    • Qabırğa sümüyünün altında yerləşən interkostal sinirlərin blokajı və radyofrekans müalicəsi

    • Ağciyər qişası içərisinə (plevra) ilaç enjeksiyonları

Bizimlə əlaqə saxlayın

    Telefon

    E-poçt Ünvanı

    azerbaycan ünvanı

    Məmməd Araz küç 105A, Referans Estetik Mərkəzi

    İzmir Ünvanı

    Park Yaşam Ofisleri Yalı Mah. 6523 Sokak, No: 32/B K: 3, DAİRE: 303
    Mavişehir, Karşıyaka, İzmir

    İstanbul Ünvanı

    Küçükbakkalköy mah. Merdivenköy Yolu cad. No:12 CZD Plaza 34750 Ataşehir / İSTANBUL